Qaydalar və Şərtlər 1. Giriş Modena Group MMC (“BURDA”, “biz” və ya “biz”) ofis, plaza və digər yerlərdə işçilərin gün ərzində qarşılaşdıqları yemək probleminə innovativ həll yolu təklif edən layihədir. Bu Qaydalar və Şərtlər (“Qaydalar”) sizin BURDA mobil proqramından (“Tətbiq”) istifadənizi tənzimləyir. Birlikdə "Xidmətlər" adlandırılan Platforma və Tətbiqdən istifadə bu əhatəli Şərtlərə tabedir. ZƏHMƏT OLMASA, BU İSTİFADƏÇİ ŞƏRT VƏ QAYDALARINI DİQQƏTLƏ OXUDUQDAN SONRA XİDMƏTLƏRİMİZDƏN İSTİFADƏ EDİN. 2. Nə təklif edirik ? BURDA soyuducusunda günlük olaraq yerləşdirilən freş və balanslı qidaları iş yerinizi tərk etmədən bir neçə saniyə ərzində əldə etməyi əlçatan edirik. Bunu etmək isə olduqca sadədir. - BURDA mobil tətbiqində qeydiyyatını tamamladıqdan sonra soyuducuya yaxınlaşaraq istədiyin qidanı seçirsən; - Məhsulun üzərindəki barkodu mobil tətbiqdə oxut və səbətinə əlavə edirsən; - Tətbiqdəki addımları izləyərək təmassız ödənişi edib və seçdiyin qidanı nuş edirsən. Həmçinin Mobil tətbiqdə gündəlik və həftəlik menyularımızı görə, öncədən sifariş edə və sifarişlərə rəy bildirə bilərsən. Üstəlik endirim və təkliflərdən yararlana və digər üstünlükləri izləyə biləcəksən 3. Qaydalarımızda dəyişikliklər 1. BURDA Mobil Tətbiq vasitəsilə İstifadəçiyə məlumat verməklə bu Şərt və Müddəalara və ya digər əlaqəli məzmunlara birtərəfli qaydada dəyişikliklər edə bilər. Biz belə dəyişikliklər barədə İstifadəçiləri 5 gün əvvəl məlumatlandırırıq. Bu məlumatlandırmadan sonra İstifadəçinin Mobil Tətbiqdən/Veb-saytdan davamlı olaraq istifadə etməsi onun düzəlişlər edilmiş İstifadə Şərti və Qaydalarının qəbul etməsi kimi şərh olunacaqdır. 4. Qeydiyyat BURDA mobil tətbiqində qeydiyyatdan keçmək üçün İstifadəçi bu məlumatları verməlidir: (i) soyadı, (ii) adı, (iii) elektron poçt ünvanı, (iv) telefon nömrəsi, (v) çalışdığı şirkətin adı. İstifadəçi təqdim etdiyi məlumatların düzgünlüyü və dəqiqliyi ilə bağlı cavabdehlik daşıyır. BURDA tətbiqində öz şəxsi məlumatlarını qeyd etməklə İstifadəçi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun öz şəxsi məlumatlarının işlənilməsi və onlardan istifadə edilməsi ilə bağlı razılıq verir. Zəhmət olmasa, əlavə məlumat üçün Məxfilik Siyasətinə nəzər yetirəsiniz İstifadəçi Mobil Tətbiq ilə qeydiyyatdan keçdikdən sonra, Xidmətlərimizdən yararlana bilər. İstifadəçi Mobil Tətbiqdə qeydiyyat prosedurunda verilmiş məlumatın dəqiqliyi və düzgünlüyünə görə cavabdehlik daşıyır. İstifadəçi Mobil Tətbiqdə onun Şəxsi Hesabı ilə həyata keçirilən bütün hərəkətlərə görə məsuliyyət daşıyır. İdman Xidmətlərindən istifadə İstifadəçinin şəxsi hüququ hesab edilir və qeydiyyat məlumatlarını üçüncü tərəflərə ötürmək/açıqlamaq/təyin etmək qəti qadağandır. Istifadəçilər üçüncü şəxslərə Hesablarına giriş üçün icazə verməməlidirlər. İstifadəçilər müstəqil şəkildə Hesablarının məxfiliyini lazımi diqqət ayıraraq qorumalıdırlar. BURDA İstifadəçinin belə hərəkətlərinə qarşı istənilən preventiv və cavab tədbiri görmə hüququna malik olacaq. İstifadəçinin öz Şəxsi Hesabının təhlükəsizliyinə, yaxud üçüncü tərəflərin ondan icazəsiz istifadə etməsinə dair hər hansı şübhəsi olarsa, İstifadəçi bu barədə təyin edilmiş telefon nömrəsinə zəng etməklə BURDA-a dərhal məlumat verməlidir. 5. Hüquqların ötürülməsi Bütün materiallar, Xidmətlər, qrafika, məlumatlar, məqalələr, şəkillər, illusturasiyalar və Siz tərəfindən göndərilən müraciətlər və digərləri (bundan sonra “Məzmun”) BURDA-nın müstəsna hüquqlarıdır və müvafiq qanunlar və qaydalar ilə qorunur. 6. Xidmət haqqında məlumat BURDA satış nöqtələrində satılan məhsulların üzərində istehsalçı şirkətin adı, istehsalçının təyin etdiyi məhsulun istifadə müddəti və saxlama şəraiti ilə bağlı məlumat qeyd olunur. BURDA məhsulların istehsalçıları tərəfindən təqdim etdiyi müddət və qaydalar əsasında istifadəçi/istehlakçı tərəfindən istifadəsi zamanı yaranan istehsal qüsurlarına və bununla bağlı yaranan hər hansı itki, zərər, ölüm halı, sağlamlığa zərər və ya xəstəlikyə, görə məsuliyyət daşımır. İstehlakçı BURDA satıq nöqtəsindən məhsulu aldıqdan sonra istifadə müddətinə uyğun olaraq istehlak etməlidir. İstehlakçı məhsulu aldıqdan sonra məhsulun üzərində qeyd olunan istifadə müddətindən daha gec istehlak olunarsa və qeyd olunan saxlama dərəcəsindən fərqli dərəcədə saxlanılarsa bununla bağlı məsuliyyəti istifadəçi/istehlakçı daşıyır. BURDA satış nöqtələrində satılan məhsulların istifadə müddəti keçdikdən sonra məhsullar satış nöqtələrindən götürülür. İstifadəçi/istehlakçı məhsulları alan zaman istifadə müddətinə nəzər yetirməli və yalnız istifadə müddəti keçməmiş malları almalıdır. Soyuducudan götürülərək yeni məhsullar ilə əvəzlənməsi nəzərdə tutalan istifadə müddəti keçmiş məhsulları almamalı və istifadə etməməlidir. Belə hal istifadə/istehlakçı özü məsuliyyət daşıyır. BURDA satış nöqtələrində satılan məhsulların tərkib hissəsi məhsulun üzərində qeyd olunur. İstehlakçı məhsulu almamışdan öncə məhsulun tərkib hissəsi nəzərdən keçirməlidir. İstehlakçı özünə allergiya yarada biləcək tərkib hissələri barəsində məlumatlı olmalıdır. 7. Abunəlik İstehlakçı bu platformada abunə olaraq məhsulları öncədən sifariş edə bilər. İstehlakçı sifarişi platformanın həftəlik menyusu əsasında sifariş edir. İstehlakçı növbəti həftə üçün abunəliyi cari həftənin son iş gününə qədər etməlidir. BURDA-nın konsepsiyası qida və digər məhsulların israf edilməsinin qarşısını almaqdır və buna görə də istehlakçı həftəlik abunəliyin başlamasına 2 gün qalmışa qədər abunəliyi ləğv edə bilər. Bu halda, BURDA-ya təqdim edilən əlaqə məlumatlarının düzgün olması və İstehlakçının belə bildirişləri almağa razı olması şərti ilə, İstehlakçı BURDA-dan e-poçt, SMS və/və ya Platforma vasitəsilə ləğv bildirişi alacaq. Ləğv hüququndan istifadə qərarı İstehlakçı tərəfindən Platformada şikayət linki vasitəsilə BURDA-ya bildirilməlidir. İstehlakçı Abunəliyi yuxarıda göstərilən parametrlərdən kənarda ləğv edərsə, İstehlakçının pulunu geri almaq hüququ olmayacaq. Platformada abunəlik əsasında sifariş edilmiş məhsullar İstehlakçı tərəfindən BURDA-nın satış nöqtəsindən götürülməlidir (“Götürmə”). Götürmə vaxtı gün ərzində olmalıdır, abunəlik əsasında sifariş edilmiş məhsulların müvafiq satış nöqtəsindən götürülməməsinə görə BURDA məsuliyyət daşımır. İstehlakçı yalnız platforma vasitəsilə ödəniş etdiyi məhsulları soyuducudan götürməlidir, platforma vasitəsilə ödənişi edilməyən məhsulların götürülməsinə görə istehlakçı məsuliyyət daşıyır. 8. Qiymət Bütün qiymətlər Azərbaycan valyutası (AZN/manat) ilə göstərilir və Əlavə Dəyər Vergisi məhsulun qiymətinə daxil edilir. 9. Ödəniş İstehlakçılar Platformada mövcud olan digər ödəniş üsulları ilə yanaşı, müxtəlif debet və kredit kartı markalarından istifadə edərək ödənişlər edə bilərlər. İstehlakçılar kartın nömrəsini, istifadə müddətini və təhlükəsizlik kodunu göstərməlidirlər. İstehlakçı almaq üçün seçdiyi məhsulun QR kodunu platforma vasitəsilə oxutduqdan sonra məhsulun qiyməti və digər məlumatların əks olunduğu pəncərəyə keçid edir. Daha sonra ödəniş üçün davam etdikdə istehlakçının platformaya əlavə etdiyi kart hesabından məhsulun qiyməti çıxılır. Platformamız təhlükəsiz ödəniş emalını təmin edən Ödəniş Xidməti Provayderlərindən istifadə edir. Ödəniş zamanı bütün ödəniş məlumatları şifrələnir. BURDA heç bir debet və ya kredit kartı məlumatını saxlamır. Bu data Ödəniş Xidməti Provayderləri tərəfindən idarə olunur və onları gələcək əməliyyatlar üçün saxlaya bilər. Ödəniş üsulu rədd edilərsə, İstehlakçı məlumatlarının düzgünlüyünü təsdiq etməlidir. Problemlər davam edərsə, bank və ya kart provayderi ilə əlaqə saxlamaq tövsiyə olunur. Səlahiyyətli ödənişdən sonra bank və ya kartın emitenti tam məbləği rezerv edəcək. Sifariş ləğv edilərsə, vəsait bankdan və ya kartın emitentindən asılı olaraq 10 iş gününə qədər davam edə bilən İstehlakçının mövcud balansına geri qaytarılacaq. BURDA bank məsələlərinə müdaxilə edə bilməz. 10. Şikayət hüququ Məhsulla bağlı şikayətlər və iddialar üçün, İstehlakçılar hər hansı digər tədbir görməzdən əvvəl BURDA-nın Müştəri Xidmətləri ilə əlaqə saxlamalıdırlar. Bütün iddialar BURDA tərəfindən uyğun ən qısa zamanda baxılacaq. Şikayət vermək üçün İstehlakçılar Platformada şikayət linkindən istifadə etməli və lazımi məlumatları təqdim etməlidirlər. BURDA şikayəti nəzərdən keçirəcək və uyğun ən qısa zamanda istehlakçı və istehsalçını məlumatlandırmağa çalışacaq. 11. Əqli Mülkiyyət İstifadəçilər razılaşır ki, BURDA Xidmətlər və əlaqəli hər şey (Mobil Tətbiq, Məzmun və sairə) üzərində müstəsna hüquqlara sahibdir. Siz Xidmətlərə əsaslanaraq və ya Xidmətləri hər hansı bir formada dəyişdirə, yenidən yarada, paylaşa, ötürə və ya ötürülməsi və ya satışında iştirak edə bilməzsiniz. BURDA beləliklə Sizə şəxsi, məhdud, geri alına bilən, başqasına ötürülə bilməyən istifadə lisenziyası verir. Siz Xidmətləri və Mobil Tətbiqi yalnız şəxsi və qeyri-kommersiya məqsədlər üçün istifadə etməlisiniz. BURDA Sizə açıq şəkildə verilməyən bütün hüquqları özündə saxlayır. Xidmətlər ilə göstərilən, icra olunan Məzmuna görə Siz bütün müəlliflik hüquqları bildirişləri, əmtəə nişanı qaydaları, data qaydaları və məhdudiyyətlərinə riayət edəcəyinizə söz verirsiniz. Siz Sizə məxus olmayan Məzmunu çoxaltmayacaq, paylaşmayacaq, icra etməyəcək, lisenziyalaşdırmayacaq, satmayacaq, kommersiyalaşdırmayacaq və ya hər hansı digər məqsəd üçün i) həmin Məzmunun sahibi tərəfindən əvvəlcədən alınmış razılıq olmadan və ya ii) başqalarının (həmçinin BURDA-nın) hüquqlarını pozan hərəkətlər etməyəcəksiniz. Siz Xidmətlərdən yalnız şəxsi və qeyri-kommersiya məqsədli istifadə edə bilərsiniz. Buna riayət etməməyiniz Hesabınızın bağlanması ilə nəticələnəcəkdir. 12. Mübahisələrin həlli Bu Şərtlər və Qaydalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Bu Şərtlər və Qaydalardan irəli gələn istənilən mübahisə Tərəflərin qarşılıqlı razılaşması əsasında həll edilir. Əgər Tərəflər qarşılıqlı razılaşma əsasında hər hansı mübahisəni həll olunmazsa, belə mübahisə(lər) Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll ediləcək. Bu Şərtlərin hər hansı bölməsi səlahiyyətli yurisdiksiya məhkəməsi tərəfindən hər hansı səbəbə görə etibarsız və ya icra edilə bilməz hesab edilərsə, bu hissə tərəflərin niyyətini əks etdirmək üçün dəyişdiriləcək və bu Şərtlərin qalan hissəsi toxunulmaz qalaraq qüvvədə qalacaq. 13. Fərdi Məlumatların Qorunması 78. Fərdi məlumatların təhlükəsizliyi fəaliyyətimizin ən əhəmiyyətli hissələri biri olduğu üçün fərdi məlumatların qorunması məqsədi ilə qanunvericiliyə uyğun olaraq mümkün olan bütün təhlükəsizlik tədbirlərini həyata keçirilir. 79. İstifadəçilər razılaşır və icazə verir ki, Xidmətlərimizin keyfiyyətini artırmaq üçün, onlara məxsus olan fərdi və digər məlumatlarını marketing, məlumatların analitikası məqsədləri üçün istifadə edilsin. 80. Fərdi məlumatlar üçüncü tərəfə ötürülmür və satılmır. 81. Məxfilik Siyasətinə daxil olaraq məlumatları necə istifadə etməyimiz, saxlamağımız və qorumağımız barəsində daha çox öyrənə bilərsiniz. 14. Məxfilik 82. Tərəflər təsdiq edir ki, bu Müqavilənin mövcudluğu və onun şərtləri və Müqavilənin hazırlanması və icrası ilə bağlı tərəflər arasında mübadilə olunan istənilən şifahi və ya yazılı məlumatlar məxfi məlumat hesab olunur. Hər bir Tərəf aşağıdakılar istisna olmaqla bütün belə məxfi məlumatların gizliliyini qorumalı və qarşı Tərəfin yazılı razılığı olmadan belə məxfi məlumatları üçüncü tərəflərə açıqlamamalıdır: (a) məlumat ictimaiyyət üçün açıqdır və ya açıq olacaqdır (alan tərəfin məlumatları qanunsuz olaraq açıqladığı hal istisna olmaqla); (b) məlumatların mövcud qanunlara və ya göstərişlərə uyğun olaraq, və ya məhkəmə və digər dövlət orqanının qərarı ilə açıqlanması mütləq tələb olunur; və ya (c) Tərəfin hər hansı birindən bu Müqavilə üzrə edilən hər hansı əməliyyatlarla bağlı olan belə məlumatları səhmdarlarına, investorlarına, hüquqşünaslarına və ya maliyyə məsləhətçilərinə açıqlanması tələb olunur bir şərtlə ki, belə səhmdarlar, investorlar, hüquqşünaslar və ya maliyyə məsləhətçiləri bu maddədə göstərilən məxfilik öhdəliklərini daşımış olsun. Hər hansı məxfi məlumatın heyət üzvləri və ya Tərəflərin cəlb etmiş olduğu hər hansı agentliklər tərəfindən açıqlanması həmin Tərəfin həmin məlumatları açıqlaması hesab olunur və buna görə həmin Tərəf Müqaviləni pozduğunda görə məsuliyyətə cəlb olunur. Bu maddə Müqaviləyə xitam verildikdən sonra da qüvvədə qalır. 15. Fors Major - Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi fors major hallarından biri üçün mümkün olmazsa, öhdəliklərini yerinə yetirməyən Tərəf məsuliyyət daşımır. Bu cür üzrlü gecikmə yaranarsa, bu cür öhdəliklərin icra müddəti gecikmə nəticəsində itirilən vaxta bərabər müddətə uzadılır. Bu müddəaya istinad edən Tərəf fors major halı yarandıqdan sonra praktiki cəhətdən mümkün qədər tez (a) qarşı Tərəfə fors major halının xarakteri və miqyası barədə yazılı bildiriş verir və (b) istənilən belə səbəbləri aradan qaldırmaq və mümkün qədər tez Müqavilə üzrə öhdəliklərinin icrasını bərpa etmək üçün kommersiya baxımından ağlabatan səylər göstərir. - Fors major hallara müharibələr və ya inqilablar, epidemiyalar, epizootiyalar, karantinlər, daşqınlar, zəlzələlər, digər təbii fəlakətlər və fövqəladə hallar, embarqolar, həmçinin bu Şərtlər və Qaydaların şərtlərinə təsir edən qanunvericilikdə edilən əhəmiyyətli dəyişikliklər aid edilir. - Tibbi, ailəvi problemlər və İstifadəçi ilə əlaqədar digər hallar fors major hesab olunmur. 16 Digər Şərtlər -Bu Şərtlər və Qaydalar predmeti üzrə Tərəflər arasında tam razılaşmanı əks etdirir və istənilən əvvəlki şifahi və ya yazılı razılaşmaları, təqdimatları və ya bəyanatları əvəz edir. -Bu Şərtlər və Qaydaların hər hansı müddəasının icraedilməz və ya etibarsız olduğu aşkar edilərsə, həmin müddəa lazım olan minimum həddə məhdudlaşdırılacaq və ya ləğv ediləcək və bu Şərtlər və Qaydaların digər müddəaları tam qüvvədə qalacaq. 17 Suallar Bu şərtlərlə bağlı sorğular üçün Tətbiqdə təqdim olunan əlaqə seçimlərimiz vasitəsilə bizimlə əlaqə saxlayın.