1.1 “Modena Group” MMC (bundan sonra “BURDA”) BURDA soyuduculardan tətbiq
vəsitəsilə qidalar əldə edən abunəçilər və istifadəçilərə (bundan sonra
hər üçü birlikdə “tərəfdaş”) məxsus fərdi məlumatları əldə edir və emalını
həyata keçirir. Bu Məxfilik Siyasəti (bundan sonra “siyasət”) həmin fərdi
məlumatların əhatəsini, əldə edilmə məqsədlərini, istifadə əsaslarını,
tərəfdaşların hüquqlarını və digər əlaqəli məsələləri özündə təsbit edir.
1.2 Fərdi məlumat dedikdə şəxsin kimliyini birbaşa və ya dolayı şəkildə
müəyyənləşdirməyə imkan verən istənilən məlumat nəzərdə tutulur. 1.3 Fərdi
məlumatların emalı dedikdə fərdi məlumatlar üzərində aparılan əməliyyatlar
(fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi,
dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi,
məhv edilməsi) nəzərdə tutulur. 1.4 “BURDA” tərəfdaşlarla bağlı bütün
məlumatları idarə edən yeganə informasiya idarəedicisidir. BURDA
informasiyasının necə, nə üçün və harada istifadə olunması ilə bağlı
qərarları qəbul edir, xidmətlərin kompleks formada göstərilməsi məqsədilə
həmin məlumatları informasiya ehtiyatında saxlayır və təhlükəsizlik
baxımından mühafizə edir. 1.5 Tərəfdaşların Azərbaycan Respublikasının
qüvvədə olan qanunvericiliyinə əsasən fərdi məlumatların BURDA-a aid
informasiya ehtiyatından silinməsini tələb etmək hüququ vardır. 2. BURDA
haqqında 2.1 BURDA tərəfdaşlarına öz mülkiyyəti olan mobil tətbiqlər
vasitəsilə müxtəlif istehsalçılar tərəfindən hazırlanmış və BURDA
soyuducularında yerləşdirilən müxtəlif qida və içki məhsullarını alışı
xidmətlərini (bundan sonra “xidmətlər”) təqdim edir. 2.2 Bu xidmətlərin və
əlavə funksiyaların icrası, IOS və Android platformalarında işləyən mobil
tətbiq vasitəsilə həyata keçirilir. 3. Fərdi məlumatların emal edilmə
prinsipləri və Məxfilik Siyasətinə razılıq 3.1 Tərəfdaşlar qeydiyyatdan
keçərkən elektron qaydada təsdiq ilə Məxfilik Siyasətini qəbul edir və
bununla BURDA tərəfindən xidmətlərin təqdim olunması, zəruri məlumatların
yığılması və emal edilməsinə razılıq verir. 3.2 BURDA fərdi məlumatların
emalını aşağıda göstərilən əsaslarla icra edəcəkdir: 3.2.1 Müəyyən, şəffaf
məqsədlərlə və qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə; 3.2.2
Əldə edildiyi məqsədlərlə əlaqəli və həmin məqsədlərlə məhdud istifadə;
3.2.3 Müvafiq qanunvericilikdə təsbit edilən çərçivədə, əldə edilmə
məqsədləri ilə müəyyənləşdirilən müddət ərzində istifadə və mühafizə. 4.
Fərdi məlumatların emal edilməsi məqsədləri 4.1 BURDA-NİN hüquqi
öhdəliklərinin hərtərəfli icrası üçün tərəfdaşlara aid fərdi məlumatlardan
istifadəyə dair məqsədləri: 4.1.1 Qüvvədə olan qanunvericilik aktlarının
və əlaqəli dövlət orqanlarının tələblərinin təmin edilməsi; 4.1.2 Elektron
hesabların təhlükəsizliyinin təmin edilməsi; 4.1.3 Mövcud və ehtimal
olunan mübahisələrin yaranmasının qarşısının alınması; 4.1.4 Digər
tərəfdaşlar qarşısında öhdəliklərin tam və hərtərəfli icra edilməsi; 4.1.5
Statistik hesabatların hazırlanması, araşdırma və analizlərin həyata
keçirilməsi; 4.1.6 BURDA tərəfindən təqdim edilən xidmətlər üzrə
keyfiyyətin artırılması; 4.1.7 Daxili yoxlamaların icra edilməsi; 4.1.8
BURDA-nın mənafelərinin təmin edilməsi. 4.2 Bundan əlavə, tərəfdaşlar bu
siyasət ilə sorğularına cavab verilməsi məqsədilə, xidmətlərlə bağlı və
digər əlaqəli yeniliklərin onlara təqdim olunması üçün lazımi məktubların
elektron poçt ünvanlarına göndərilməsinə, mobil tətbiq daxilində
ünvanlanan bildirişlərə və telefon nömrələrinə zəng edilməsinə razılıq
verirlər. 4.3 Bu siyasət BURDA tərəfindən yığılan informasiyalara şamil
olunur. Bu zaman tərəfdaşların fərdi məlumatların doğruluğu onların
özündən asılıdır və doğruluğuna dair məsuliyyəti özləri daşıyırlar. Yanlış
qeyd olunmuş informasiya, o cümlədən elektron poçt ünvanı, BURDA-nın
tərəfdaşları ilə əlaqə yaratmasına mane ola bilər. 4.4 Əgər BURDA-nın
məlumatların yığılmasına dair siyasəti tərəfdaşları qane etmirsə,
tərəfdaşlar məlumatların yığılması üçün verdiyi razılıqları geri ala
bilərlər. Bu siyasət və siyasət üzrə razılıq, BURDA-nın məlumatları
yığması üçün əsas qanuni bazadır. Tərəfdaşlar həmçinin fərdi məlumatların
emal edilməsinə, üçüncü şəxslərə ötürülməsinə, emal edilmənin əvvəlcədən
müəyyənləşdirilmiş məqsədlərə uyğun istifadəsinə dair məlumat əldə edə,
qüvvədə olan qanunvericiliyə və məqsədlərə zidd şəkildə emal ilə bağlı isə
etiraz edə bilərlər. 4.5 Tərəfdaşlar bilməlidirlər ki, BURDA-nın mobil
tətbiq və veb saytlarından istifadə zamanı onların elektron cihazlarına
elektron platformalardan istifadənin təmin edilməsi məqsədilə kukilər
yerləşdirirlər. Bu siyasətə razılıq verməklə tərəfdaşlar həmçinin BURDA
tərəfindən kukilərin yerləşdirilməsinə də razılıq verirlər. 4.6 BURDA əldə
etdiyi fərdi məlumatları sadəcə tətbiqlərdən və xidmətlərdən istifadə ilə
bağlı, məhdud müddət ərzində, nəzərdə tutulan məqsədlərə çatmaq üçün
saxlayır, həmin müddətlərin başa çatması ilə fərdi məlumatların
saxlanmasına əsas olacaq heç bir səbəb qalmadıqda Fərdi Məlumatlar
haqqında qanunun 9.4-cü maddəsində nəzərdə tutulan qaydada tərəfdaşlara
aid məlumatları məhv edir. 5. Məxfilik Siyasətinin əhatə dairəsi Aşağıda
qeyd edilən fərdi məlumatlar BURDA tərəfindən yığılır və emal edilir: 5.1
Şəxsi məlumatlar – Xidmətlərdən istifadə edən şəxslərin ad, soyad,
cinsiyyət, elektron poçt, telefon nömrəsi kimi məlumatları yığılaraq emal
edilir; 5.2 BURDA soyuducusunu açılması, soyuducudan qidaların alışı,
giriş-çıxış məlumatları – BURDA tərəfdaşların təhlükəsizliyi və digər
öhdəliklərinin hərtərəfli icrası məqsədilə tərəfdaşların BURDA
soyuducularından istifadəsi üzrə məlumatları yığır və emal edir; 5.3 BURDA
ilə yazışmalar və danışıq məlumatları – Xidmət keyfiyyətinin inkişafı,
həmçinin şikayətlərin araşdırılması və mübahisələrin aradan qaldırılması
məqsədilə BURDA elektron poçt, telefon danışığı və digər vasitələrlə
tərəfdaşlarla kommunikasiya üzrə məlumatları yığır və emal edir; 5.4
Elektron məlumatlar – Xidmətlərdən, veb-sayt və mobil tətbiqlərdən
istifadə zamanı səhifələrə daxil olma ardıcıllığı, istifadə edilən cihaz,
həmin cihaza dair daxili məlumatlar, IP adresi, əməliyyat sistemi və
brauzer proqramı məlumatları BURDA-a məxsus serverdə yadda saxlanılır. Bu
məlumatlarla bağlı məhdudlaşdırmaları tərəfdaşlar öz cihazları daxilində
tənzimləyə bilərlər. 5.5 İstifadəçi məlumatları – BURDA mobil tətbiqlərdə
və veb saytda qeydiyyatdan keçən şəxslərin istifadəçi adı, qeydiyyatdan
keçmə tarixi və şifrələri haqqında məlumatları təhlükəsizlik məqsədləri
ilə toplayır və saxlayır. 5.6 Hüquqi sənədlər üzrə məlumatlar – BURDA
tərəfdaşların bank rekvizitlərini və digər tələb olunan hüquqi sənədlərdə
təsbit edilən məlumatları saxlayır, bu siyasətdə nəzərdə tutulan məqsədlər
üçün emal edir. 5.7 BURDA tərəfdaşlarına xidmətlərdən daha tez xəbərdar
olmaları üçün bildirişlər göndərə bilər. 5.8 BURDA tərəfdaşlarının fərdi
məlumatlarından istifadə etdikdə özünün maraqlarına uyğun davranacaqdır.
5.9 BURDA yığılan məlumatların həssaslığını anlayır və bu səbəbdən
məlumatların emalı zamanı konfidensiallığı qorumağa və əməkdaşlıq etdiyi
üçüncü şəxslərin bu siyasətdə nəzərdə tutulan qaydalara uyğun
davranmalarına nəzarət edir. 5.10 Tərəfdaşların fərdi məlumatlardan
istifadə ilə bağlı etirazları olduqda, bunu əsaslandırmaqla BURDA-dan
məlumatlardan istifadənin dayandırılmasını tələb edə bilərlər. 5.11 Əgər
tərəfdaşlar təqdim etdikləri məlumatların səhv olduğunu güman edirsə və ya
məlumatlarında dəyişikliklər olarsa, BURDA ilə əlaqə saxlayaraq
məlumatlarda düzəliş edə bilərlər. Fərdi məlumatlarda düzəliş etmək üçün
tərəfdaşlar BURDA tərəfindən təqdim edilın elektron poçtuna yaza bilərlər.
6. Fərdi məlumatların əldə edilməsinin əsas məqsədləri 6.1 BURDA
tərəfindən təqdim edilən yeniliklər barədə tərəfdaşların
məlumatlandırılması; 6.2 Zərurət yaranarsa, dövlət orqanlarına dəstəyin
göstərilməsi; 6.3 Həm daxili, həm də üçüncü tərəflər vasitəsilə məxfi
şəkildə statistik təhlillərin, bazar araşdırmalarının aparılması və tərtib
edilməsi; 6.4 Tərəfdaşların elektron hesabların yaradılması və idarə
edilməsi; 6.5 Tərəfdaşlarla BURDA arasında kommunikasiyasının daha da
yaxşılaşdırılması, xidmətlərin və elektron platformanın inkişafı; 6.6
Satınalmalar, xidmətlər, sifarişlər, ödənişlər və BURDA ilə əlaqəli digər
əməliyyatların idarə edilməsi; 6.7 BURDA-nın mobil tətbiqlərindən istifadə
edən şəxslər üçün xidmətlərin daha da fərdiləşdirilməsi, səmərililiyinin
artırılması və istifadəçi təcrübəsinin təkmilləşdirilməsi; 6.8 Hüquqazidd
əməliyyatlar, dələduzluq və bu kimi digər cinayətkarlıq fəaliyyətlərinin
qarşısının alınması. 7. Fərdi Məlumatların ötürülməsi 7.1 Texniki dəstəyin
göstərilməsi, xidmətlər barədə məlumatların çatdırılması, istifadə edilən
tətbiqin vaxtında yenilənməsi, BURDA-nın tərəfdaşlarla əlaqə saxlaması,
müraciətlərə cavab verilməsi və sair xidmətlərin göstərilməsi üçün zəruri
hərəkətləri həyata keçirir. BURDA bu zəruri hərəkətlərin həyata
keçirilməsi, o cümlədən araşdırma məqsədləri üçün, tətbiq ilə əlaqədar
yenidənqurma işlərini həyata keçirən zaman əməkdaşlıq etdiyi üçüncü
şəxslərə tərəfdaşlara aid olan fərdi məlumatları müvafiq məqsədlər,
qanunvericiliklə nəzərdə tutulmuş şərtlər və tərəfdaşların razılığı
çərçivəsində ötürə bilər. 7.2 Əldə edilən fərdi məlumatlar qanunla
BURDA-dan tələb olunduğu hallarda müvafiq dövlət qurumlarına ötürülə
bilər. 7.3 BURDA hər hansı qanun pozuntusuna dair şübhə ilə qarşılaşarsa,
qanunsuz fəaliyyətin qarşısının alınması və tərəfdaşların fərdi
məlumatlarının təhlükəsizliyini təmin etmək üçün bəzi informasiyaları
müvafiq dövlət qurumları ilə paylaşa bilər. 8. Yığılmış Məlumatların məhv
edilməsi 8.1 Tərəfdaşlar xidmətlərdən istifadə etdikdən sonra fərdi
məlumatların silinməsini BURDA-dan tələb edə bilərlər. Bunun üçün
tərəfdaşlar BURDA tərəfindən məlumat məqsədli yaradılmış elektron poçt
ünvanına müraciət etməlidirlər. Müraciətdən sonra Fərdi məlumatlar
haqqında Azərbaycan Respublikası qanunun 9.4-cü maddəsi çərçivəsində
tərəfdaşlara aid bütün fərdi məlumatlar BURDA-a aid serverlərdən
silinəcəkdir. 8.1.1 Hüquqi tələblər əsasında bəzi məlumatlar, həmin
məlumatların saxlanmasına dair zərurətin hələ də qüvvədə olması əsası ilə
tərəfdaşların müraciətindən sonra da silinməyə bilər. 8.2 BURDA
tərəfdaşlara aid fərdi məlumatların təhlüksizliyinə dair şübhə və qüsur
yarandığı hallarda, fərdi məlumatların mühafizəsi üçün ağlabatan bütün
zəruri və qabaqlayıcı tədbirləri həyata keçirəcəkdir. 9. Dəyişikliklər 9.1
BURDA hazırkı Siyasətə vaxtaşırı dəyişikliklər və əlavələr edə bilər. Bu
dəyişikliklər edilməzdən öncə tərəfdaşların təqdim etdiyi əlaqə
məlumatları və ya mobil tətbiq vasitəsilə əvvəlcədən bildiriş
göndəriləcəkdir. Siyasətin yenilənmiş redaksiyası BURDA applikasinda
yerləşdirildiyi gündən etibarən 3 (üç) təqvim günü ərzində qüvvəyə minmiş
hesab olunur. 9.2 Siyasət yenilənmiş redaksiya ilə dərc edildikdən sonra,
tərəfdaş tərəfindən mobil tətbiqin və ya veb-saytın istifadəsi onun bütün
dəyişiklikləri qəbul etməsi hesab edilir. Tərəfdaş verilən dəyişikliklərlə
razılaşmırsa, tətbiqə və ya veb-sayta girişdən imtina etməli, tətbiqin
materialları və xidmətlərindən istifadəni dayandırmalıdır. 10. BURDA ilə
necə əlaqə saxlamaq olar? 10.1 Tərəfdaşlar əlavə məlumat üçün və ya bu
Məxfilik Siyasəti ilə bağlı yaranan hər hansı bir sual üçün BURDA-nın
təqdim etdiyin elektron poçt ünvanı və əlaqə telefonu vasitəsilə BURDA ilə
əlaqə saxlaya bilərlər: * Mən Məxfilik Siyasətini oxudum və qəbul edirəm